Kateqoriyasız

Regekampf Rumıniya klubuna niyə keçməyib?

Rumıniya mətbuatı “Neftçi”nin baş məşqçisi Lautentsiu Regekampfın “Universitatya Krayova”ya keçidinin baş tutmamasının səbəbi haqda yazıb.

İdmanxeber.az-ın məlumatına görə, məqalədə bildirilib ki, “Neftçi” Azərbaycan kubokunda yarımfinala vəsiqə qazanmasaydı, məşqçi yenidən “Universitatya Krayova”ya qayıdacaqdı. Ancaq Bakı təmsilçisi yarımfinala yüksəldiyi üçün Regekampf “ağ-qaralar”da qalıb.

Qeyd edək ki, Krayova təmsilçisi baş məşqçi vəzifəsi üçün Eugen Neagoe ilə 1 il yarımlıq müqavilə imzalayıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43