Dünya futbolu

“El Klasiko” adı tarixə qovuşur

“Real” və “Barselona” görüşləri arasındakı matçlar artıq “El Klasiko” adlanmaya bilər

İdmanxeber.az-ın məlumatına görə, İspaniya Patent və Əmtəə Nişanları İdarəsi “Real”ın ifadənin işlədilməsi ilə bağlı müraciətini rədd edib. Bu, eyni zamanda La Liqa üçün də keçərlidir.

Hər iki klubun qərara etiraz etmək üçün bir ay vaxtı var.

Ümumilikdə komandalar bir-biri ilə 288 oyun keçirib. Onlardan 120-də “Barselona” qalib gəlib, 62 oyun heç-heçə ilə başa çatıb, 106-da isə “Real” qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43