Dünya futbolu

“El klasiko”ların vaxtı bəlli oldu

2019/20 mövsümündə keçiriləcək “El Klasiko”ların vaxtı müəyyənləşib.

İdmanxeber.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “Barselona” və “Real” klubları arasında ilk “el klasiko” oktyabrın 27-də keçiriləcək. “Nou Kamp”da oynanılacaq matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Komandalar arasında keçiriləcək ikinci oyun isə gələn il martın 21-nə təsadüf edəcək. “Santyaqo Bernabeu”da keçiriləcək matça saat 22:45-də start veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43