Kateqoriyasız

“El-Klasiko”nun təsiri – “Real” azarkeşləri öz futbolçusuna hücum edib

Madrid "Real"ının ikinci komandası "Kastilya"nın futbolçusu Sedresu Kristian gözlənilməz hadisə ilə üzləşib.

İdmanxeber.com-un məlumatına görə, gənc futbolçu məqşdən çıxan zaman azarkeşlərin hücumuna məruz qalıb.

Hirsli "Real" fanatları Kristianın maşınını hədəf götürüb. Gənc oyunçu bu haqda öz Tvitter hesabında yazıb:

"Məşqdən çıxan zaman azarkeşlərin maşınıma hücum edib zərər yetirməsi normal deyil. Biz məhz indi irəli addımlamalıyıq"  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43