Ölkə futbolu

Elçin Məmmədov yenə “bombaladı” – MÜSAHİBƏ

Keçmiş hakim, hazırda isə futzald FİFA referisi olan Elçin Məmmədovun müsahibəsi

– Bizdə olan məlumata görə, Berti Foqts daha iki il milli komandada qalacaq. Səncə düzgün qərardır bu?

– Berti Foqats Azərbaycan futboluna nə verdi ki, indi də onunla müqaviləni uzadırlar?! Absurd qərardır.

– Bunu sənin “dostun” Elxan Məmmədov isədir…

– Axı Elxan Məmmədov kimdir ki, Foqtsla müqavilə bağlasın? Bu iş onun səlahiyyətində deyil. Elxan və onun komandası belə piyar işləriylə Rövnəq Abdullayevin gördüy işlərə kölgə salırlar. Foqtsun millidə qalıb-qalmayacağına ancaq İcraiyyə Komitəsi qərar verə bilər.

– Axı özün də yaxşı bilirsən, İcraiyyə Komitəsi formallıqdan başqa bir şey deyil…

– Futbolumuzun inkişaf etməməyinin səbəbi odur ki, AFFA-da Müdafiə Nazirliyindəkindən daha çox adam işləyir. Bu adamların da 95 faizinin futbola heç bir aidiyyatı yoxdur. 3-4 nəfər veteran futbolçunu saxlayıblar AFFA-da, hər ay təqaüd kartlarına 5-10 manat pul keçirdirlər, onlar da İcraiyyə Komitəsində istənilən kimi hərəkət edirlər. İş Foqtsla da bitmir. Mourinyonu, Kapellonu, Eriksonu gətir, yenə də heç nə olan deyil. Bunun üçün əvvəlcə klublar çalışmalıdır. Klublardan da “Qarabağ” və “Qəbələ”dən başqa heç bir futbolun inkişafı üçün işləmirlər. Özləri yaxşı bilirlər nəyə xidmət edirlər.

– Millinin Estoniya ilə oyunun baxdız?

– Estoniyada 1.9 milyon əhali yaşayır. Son statistikaya görə də, bunun cəmi 700 mini kşidir. Əhalisinə görə bizdən 5 dəfə kiçikdirlər. Belə bir ölkənin futbolçuları bizimlə tək qapıya futbol oynayırsa, hansı millidən danışır bunlar?

– Səncə Qırğızıstanla oyun lazim idi?

– Azərbaycan xalqını aldadırlar. Elə bilirlər ki, belə rəqibləri udub reytinq xalı qazanacaqlar, amma bunu da bacarmırlar. Bunların işi komediyadır e…

– Hakimliyə qayıtmaq fikrin yoxdur?

– Hakimlikdən öz ərizəmlə getmişəm. Qayıdası olsaydım, heç getməzdim. İndi başım biznes işlərinə qarışıb, düzü, bu barədə heç düşünmürəm də.

– Premyer Liqada hakim səhvləri yenə də davam edir…

– Amma bir-birini əvəz etmir. Mən deyərdim ki, Azərbaycan futbolunda ən yuxarıda duran elə hakimlikdir. Hakimliyin səviyyəsi klublardan çox yüksəkdir. Süni meydançalar tikdirməklə futbol inkişaf etmir.

Stadium.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43