Ölkə futbolu

Elikoya ithafən – YAZI

Hal-hazırda həbsdə olan “Xəzər Lənkaran” azarkeşi Elman Tağıyev’ə

Nazim Hikmət Bursa həbsxanasında cəza çəkirdi. Bir gün Ədliyyə Nazirliyindən bir müfəttiş həbsxananı yoxlamağa gəlir. Həbsxana rəisindən xahiş edir ki, Nazim Hikməti çağırsın, onunla görüşmək istəyir. Nazimi çağırırlar. Otağa daxil olur. Aralarında qısa söhbət olur. Amma nazirliyin əməkdaşı Nazimə oturmağı təklif etmir. Söhbətdən sonra “gedə bilərsiniz”, — deyir. Nazim qapıdan çıxarkən geri dönür və müfəttişdən soruşur: — Ömər Xəyyamı tanıyırsınız? — Əlbəttə. Onu tanımamaq olarmı? — Bəs Ömər Xəyyamın dövründə padşah kim olub, deyə bilərsiniz? Müfəttiş bu gözlənilməz sualdan təəccüblənir və cavab verə bilmir. N.Hikmət deyir: — Görürsünüz, sənətkarı xatırladınız, amma padşahı xatırlamadınız. Vaxt gələcək, nə ədliyyə nazirini xatırlayacaqlar, nə də sizi. Amma mənim adımı hər zaman xatırlayacaqlar. Bunu deyib çıxıb gedir. Müfəttiş səhvini başa düşür. Onu çağırsa da, şair geri dönmür.

“Xəzər Lənkaran”ın hansısa futbolçusunu, məşqçisini  xatırlamasalarda  Eliko’nu həmişə xatırlayacaqlar

Atanur Cəfərli


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43