Ölkə futbolu

Elmar Baxşıyev: “Oyun planında komandaya etirazım yoxdur”

“Bərabər səviyyəli oyun getdi. Çox sayda hücum təşkil etdik, sadəcə son nöqtəni qoymaqda çətinlik çəkirdik. Oyun planında komandaya etirazım yoxdur. Komanda hücum planında istədiyimi meydanda verməyə çalışırdı. Düzələsi bəzi elementlər var ki, komanda olaraq onların üzərində məşq prosesində çalışırıq. Sezonun sonuna kimi bir az motivasiyanı yüksəldib, sona qədər oynamaq vacibdir”.

İdmanxeber.az məlumat verir ki, bu sözləri “Araz-Naxçıvan” – “Səbail” (0:2) görüşündən sonra keçirilmiş mətbuat konfransında ev sahibi komandanın baş məşqçisi Elmar Baxşıyev deyib.

Komandada qalası olsanız, heyətdə çoxlu dəyişikliklər edəcəksiniz sualına 43 yaşlı mütəxəssis belə cavab verib:

“Yaxşı oyunçular var. Ad çəkməyəcəyik. Hər bir komandaya əlavələr vacibdir. Daha da inkişaf etmək istəyiriksə…Bəzi mövqelər var ki, orada rəqabət yoxdur. Gələcəkdə nə olacaqsa, ona uyğun çalışacağıq”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43