Ölkə futbolu

“Sabah” “Kəpəz”i, “Səbail” “Araz Naxçıvan”ı məğlub etdi – YENİLƏNDİ

Bu gün Misli Premyer Liqasında 31-ci tura yekun vurulacaq.

İdmanxeber.az məlumat verir ki, sonuncu oyun günündə 2 qarşılaşma baş tutacaq.

“Kəpəz” günün ilk matçında “Sabah”ı qəbul edib. “Bayquşlar” səfərdən qələbəylə ayrılıb – 1:2. “Sabah” 46 xalla 5-ci, Gəncə təmsilçisi isə 31 xalla 9-cudur.

Turun son görüşündə “Araz-Naxçıvan” və “Səbail” qarşılaşıb. Görüş “dənizçilər”in qələbəsiylə başa çatıb – 0:2. Xalını 42-yə yüksəldən “Səbail” 6-cı yerdədir, “Araz-Naxçıvan” isə 32 xalla 8-cidir.

Turun əvvəlki oyunlarında “Turan Tovuz” “Sumqayıt”a 1:4 hesabıyla uduzub. “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib – 3:1. “Qarabağ” – “Qəbələ” (2:2) görüşündə isə qalib müəyyənləşməyib.

Misli Premyer Liqası
31-ci tur

21 aprel

16:30 “Kəpəz” – “Sabah” 1:2

Qollar: Olavale Onanuqa, 61 – Kahim Parris 12, İshak Belfodil 34

Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Teymur Teymurov, Əli Əliyev
Tovuz şəhər stadionu

19:00 “Araz-Naxçıvan” – “Səbail” 0:2

Qollar: Ramalinqom, 32(p), Yusif Nəbiyev, 76

Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı
“Liv Bona Dea Arena” 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43