Kateqoriyasız

Elnur Allahverdiyev “Neftçi”də neçə nömrəli formada çıxış edəcək?

“Neftçi” Elnur Allahverdiyevin adını sifariş vərəqəsinə daxil edib.

İdmanxeber.com-un məlumatına görə, Azərbaycan milli komandasının üzvü bundan sonra paytaxt klubunun uğurları üçün çalışacaq. Müdafiəçi “Neftçi”nin heyətində 14 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, 31 yaşlı E. Allahverdiyev “Ədliyyə” , “Şəfa”, MOİK, “Neftçi” (hamısı Bakı), “Turan” (Tovuz), “Qarabağ” (Ağdam), “Xəzər Lənkəran” və “Qəbələ” klublarında forma geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43