Kateqoriyasız

Elnur Allahverdiyev polis bölməsinə aparılıb!

Azərbaycan yığmasının sabiq futbolçusu Elnur Allahverdiyev Bakının Nizami rayonundakı 24-cü polis bölməsinə aparılıb. 

İdmanxeber.com-un məlumatına görə, hadisə “Neftçi” və “Xəzər Lənkəran” arasındakı Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşündən öncə baş verib.

Təcrübəli müdafiəçi oyuna saatyarım qalmış yaxınları ilə birgə “Bakcell Arena”nın giriş qapısına yaxınlaşdıqda polislər onu içəri buraxmayıblar. Kobud münasibətlə üzləşən Allahverdiyev mübahisələri davam etdirincə, özünü Post-Patrul Xidmətinin maşınında görüb. Bölmədə yarım saatlıq dindirilmədən sonra 33 yaşlı futbolçu stadiona qayıdıb və “Böyük oyun”u izləyib.

Qeyd edək ki, Elnur Allahverdiyev hazırda heç bir klubda çıxış etmir. “Neftçi” – “Xəzər Lənkəran” matçı meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:0.

“Futbol+”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43