İdman

Elnur yeni klubuna görə Xorvatiyaya getdi

Millimizin üzvü Elnur Cəfərovun Xorvatiyanın “Duqopolye” klubu ilə 1 illik müqavilə imzaladığı haqda məlumat vermişdik.

 

İdmanxeber.com-un məlumatına görə, gənc futbolçu bu gün ölkəmizi tərk edərək Xorvatiyaya yollanıb. Elnur bu gündən etibarən yeni komandasının düşərgəsinə qoşulacaq.

 
Qeyd edək ki, Cəfərov yay transfer pəncərəsində Portuqaliyanın “Tondela” klubuna keçsə də, bir müddət sonra komandadan göndərilmişdi. Yarımmüdafiəçi daha sonra Xorvatiya ikinci liqasında mübarizə aparan “Duqopolye” klubu ilə 1 illik müqavilə imzalamışdı.(sportal.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43