Ölkə futbolu

Elşad Əhmədov: “Hədəfimiz Premyer Liqada qalmaqdı”

Topaz Premyer Liqası IV turunda “Sabah” “Qəbələ”ni qəbul edib. Oyun meydan sahibərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb – 1:0

Oyundan sonra “Sabah”ın baş məşqçisi Elşad Əhmədov junalistlərin suallarını cavablandırıb. O, əvvəlcə oyun haqda danışıb:

“Çətin oyun oldu. “Qəbələ” yaxşı komandadır. Futbolçular oyuna kökləndilər. Bizim istəyimiz onlardan bəlkə də, çoxdu. Oyunun gedişatında hər şey fərqli ola bilərdi. Bəxtimiz gətirdi. Azlıqda qalmaqlarına baxmayaraq qələbəni qoruya bildik”

– Komandanın konkret hədəfləri nədir?
– Bizim başlıca hədəf Premyer Liqada qalmaqdı

– Sizcə, Eltun Turabov milli səviyyəsinə yüksəlib?
– Eltun Turabov üçün hələ tezdi. Çatışmayan çox şeylər var

– Komanda ilk hissə tam gücünü qoyur, ikinci hissədə arxaya çəkilir. Bunun səbəbi fiziki hazırlıqdırmı?
– Deməzdim ki, bunun səbəbi fiziki hazırlıqdı. Bu barədə narahatlıq yoxdu. Yeni bir komandayıq deyə, belə şeylər normaldı. Azlıqda olduqda belə oyunçular çaş-baş qalmışdı. Bizə bir qədər vaxt lazımdı. Gənc komandayıq. Hər şeyi tam dəqiqliyi ilə öyrənməliyik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43