Ölkə futbolu

Elşad Əhmədov: “Məncə, bir xal ala bilərdik”

Topaz Premeyr Liqasının XIII turuna start verilib

İdmanxeber.az-ın məlumatına görə, günün ilk qarşılaşması “Əlincə Arena”da baş tutub. Debutant “Sabah” lider “Neftçi”ni qəbul edib. Oyunun ardından keçirilən mətbuat konfrasnında ev sahibi komandanın baş məşqçisi Elşad Əhmədov oyun barəsində fikirlərini bildirib:

“Çox maraqlı oyun oldu. Hər şey var idi. Hər iki komanda udmaq istəyirdi. İlk hissədə standart vəziyyətlərdən əziyyət çəkdik. Bacardığımız qədər mübarizə aparmağa çalışdıq. Ancaq olmadı. Məncə, bir xal ala bilərdik”.

-Meydanda başqa nə olmalıydı, qol vurmaq üçün ?

-Keyfiyyətli hücumlar edə bilmədik. Təəssüf ki, imkanlardan istifadə edə bilmirdik. Bunun üzərində işləmkək laızmdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43