Ölkə futbolu

Roberto Bordin: “O, azarkeşləri alqışlayırdı”

Topaz Premeyr liqasının XIII turuna start verilib

İdmanxeber.az-ın məlumatına görə, günün ilk qarşılaşması “Əlincə Arena”da baş tutub. Debutant “Sabah” lider “Neftçi”ni qəbul edib. Oyundan sonra qonaqların baş məşqçisi Roberto bordin jurnalistlərin suallarını cavablandırıb. O, əvvəlcə oyun barəsində fikirlərini bildirib:

“Oyunçuları təbrik edirəm. Son ana qədər mübarizə apardılar. Hətta iki nəfər az olmağımıza baxmayaraq. Komandamın oyunundan çox razıyam”

-Komandadan razısınız, bəs hakimdən necə ?

-Əgər səhv etmirəmsə oyunda 11 sarı vərəq oldu. Və onun 3 qırmızı vərəqə oldu. Əsas odur ki, komadam qalib gəldi. Düşünürəm ki, bu oyuna yenidən baxmalıdırlar

-Dabo meydandan qovulanda hakimlərə kəskin etiraz edərək onları alqışladı. Peşekar futbolçunun belə bir hərəkət etməsinə nə münasibət bildirərsiniz ?

-Məncə, o, azarkeşləri alqışlayırdı. Ola bilsin sizi alqışlayırdı.

-Karikari ehtiyatda nəyə oturub, pul qazanmağa? Yoxsa o, futbol oynamağa gəlib?

-Bu sualı cavablandırmaq istəmirəm


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43