Ölkə futbolu

Elvin Bakı klubunu bir şərtlə tərk edə bilər – ÖZƏL

Premyer Liqanı tərk edən “Rəvan”dan daha bir futbolçu ayrıla bilər.

İdmanxeber.com-un məlumatına görə, “aslanlar”ın gənc üzvü Elvin Həsənəliyev klubdan ayrılmağı düşünür. Saytımıza açıqlama verən Elvin, klubun birinci divizona düşəcəyini tam təsdiqləndikdən sonra o, özünə yeni komanda axtarmağa başlayacaq:

“Rəvan” qalsa çempionatda getmərəm. Yox, əgər birinci diviziona düşsə, o zaman komandadan ayrılacam. Təkliflər var, ancaq real deyil”.

Qeyd edək ki, AFFA İK verdiyi qərara əsasən “Rəvan” birinci divizionda mübarizə aparacaq. Lakin “aslanlar” hansısa klubun yaxın bir həftə ərzində sponsor tapdıqdan sonra, Premyer Liqada mübarizə aparacağını bildirsə, o zaman “Rəvan” 12-ci komanda kimi Premyer Liqada qalacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43