Kateqoriyasız

Elvin Yunuszadə: “Allaha qurban olum ki…”

“Qəbələ” də çempionluğa oynayan komandadır. Ona görə də çətin oyun keçdi. Allaha qurban olum ki, axırda qələbə qazanan biz olduq”.

Bu sözləri idmanxeber.com-a “Neftçi”nin futbolçusu Elvin Yunusazadə deyib.

“Ağ-qaralar”ın müdafiəçisi “Qəbələ” üzərindəki qələbəni dəyərləndirərkən daha sonra bunları dedi:

“Bir müddətdir ki, oynamırdım. Ona görə də ilk 10-15 dəqiqədə bu özünü hiss etdirməyə bilməzdi. Mən bu oyunda 3 xalı çətinliklə də olsa qazanacağımıza inanırdım. Hətta Mahir topa gedəndə belə hiss etdim ki, qol olacaq. Əsas olan qələbə idi ki, onu da qazandıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43