Kateqoriyasız

Elxan Məmmədov Yunanıstan Futbol Federasiyasının rəhbərliyi ilə görüşdü

FİFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru Elxan Məmmədov qurumun prezidenti Canni İnfantinon rəhbərlik etdiyi heyətlə birlikdə Yunanıstan Futbol Federasiyasının rəhbərliyi ilə görüşüb.

idmanxeber.az xəbər verir ki, görüş Fransanın paytaxtı Parisdə olub. Görüşdə Yunanıstan Futbol Federasiyasının prezidenti Panayotis Baltakos və baş direktor səlahiyyətlərini icra edən Yakovos Filippusis iştirak ediblər.

Tərəflər Yunanıstan futbolu ilə bağlı məsələləri müzakirə ediblər və qarşılıqlı əməkdaşlığın davam etdiriləcəyini bildiriblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43