Ölkə futbolu

Elxan Məmmədov: “Mənim heç xəbərim yox idi”

“Bütün azarkeşləri təbrik edirəm. Bu oyun millimiz üçün çox vacib idi. Çünki digər oyunlarda 5 dəfə heç-heçə oynamışdıq. Əsas odur ki komanda inamlı ouynadı və qələbə qazandı. Təşəkkür edirəm azarkeşlərə ki, onlar bu gün stadiona gəlməsəydilər millimiz bəlkə də qələbə qazana bilməzdi”.

Bu sözləri idmanxeber.com saytına açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Qurum rəsmisi Lüksemburqla oyunlarda itirdikləri xallara məyus olduqlarını bildirib:

“Bizi daha çox məyus edən Lüksemburqla oyunlarda itirdiyimiz 4 xal oldu. Həmin matçlarda biz qələbə qazana bilsəydik, hal-hazırda üçüncü pillədə qərarlaşa bilərdik. 21 yaşadaək futbolçulardan ibarət millimizin Norveç üzərindəki qələbəni prezident İlham Əliyevə həsr etməsini ilk dəfə mətbuatdan eşitdim. Mənim heç xəbərim yox idi”.

E.Məmmədov daha sonra Berti Foqtsun komandadan göndərilməsi ilə bağlı qərar verməkdə tələsmək istəmədiklərini qeyd edib:

“Biz öncədən də Berti Foqtsla bağlı qərar verməkdə tələsmək itəmirdik və istəmirik. Ona görə də gəlin ayın 14-ünü gözləyək. Rusiya ilə oyundan sonrahər şeyə aydınlıq gələcək”.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43