Milli komanda

Emil Balayev debütünü şərh etdi

AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində millimiz Xorvatiya ilə 1:1 hesablı heç-heçə edib.

İdmanxeber.az-ın məumatına görə, meydanda ən yaxşılardan olan Azərbaycan millisinin üzvü Emil Balayev oyun haqda bunları deyib:

“Yalnız pozitiv hisslər keçirirəm. Sevindirici haldır ki, qrupda ilk xalımızı qazandıq. Bundan öncə buna nail ola bilmirdik. Bu dəfə mənə şans verildi və bundan maksimum istifadə etməyə çalışdım. Hər bir komanda yoldaşıma təşəkkür edirəm ki, sona qədər vuruşdular. Meydanda çox gərgin mübarizə getdi. Azarkeşlərə gözəl atmosfer üçün təşəkkür edirik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43