Kateqoriyasız

Emreli “Legiya” “Lex”ə qarşı

Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Legiya” bu gün Polşa çempionatında növbəti oyununa çıxacaq.

İdmaneber.az-ın məlumatına görə, Varşava təmsilçisi öz meydanında “Lex”i (Poznan) qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Qeyd edək ki, “Legiya” 9 xalla 15-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43