Ölkə futbolu

Erik Ramos ehtiyat edir: “Rəqibi qiymətləndirməmək olmaz”

Neftçi” klubunun futbolçusu Erik Ramos Premyer Liqanın 7-ci turu “Sumqayıt”la keçiriləcək oyunla bağlı danışıb.

 

Klubun rəsmi saytına danışan E.Ramos əsas məqsədlərinin qələbə qazanmaq olduğunu bildirib: “Ötən mövsüm “Sumqayıt” klubu ilə səfər matçında uduzmuşduq. Bu bir daha onu göstərir ki, rəqibi qiymətləndirməmək olmaz. “Sumqayıt” gənc futbolçulardan təşkil edilmiş güclü komandadır. Düzdü, mən cəzalı olduğum üçün bu oyunda meydana çıxa bilməyəcəm.

 

Bununla belə “Neftçi”də mənim mövqeyimdə layiqincə çıxış edə biləcək futbolçular var. Məşqçilər korpusunun kimə şans verəcəyindən asılı olmayaraq məqsədimiz qələbə qazanmaqdır. İnanıram ki, komanda yoldaşlarım gözəl oyun nümayiş etdirib azarkeşlərimizə qələbə sevinci yaşadacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43