Müsahibə

Erik Ramos: “İstirahətimiz olmadan oyunlara çıxırıq” (MÜSAHİBƏ)

“Neftçi”nin futbolçusu Erik Ramosun İdmanxeber.com saytına müsahibəsi.

– İlk öncə oyun haqda fikirlərini bilmək istəyərdim.

Ağır oyun oldu. Fikrimcə “İnter” qələbə qazanmağa layiq idi. Böyük oyun oldu. Fikrimcə birinci oyunun nəticəsindən sonra arxayın oynamağa başladıq. Çalışdıq sadəcə hesabı saxlayaq.

– İkinci hissədə “Neftçi” böyük komandaya oxşamırdı.

“İnter” çox yaxşı futbol oynayır. Şansları da var idi. Konkret burda elə bir şey yoxdu. Əsas odur ki keçdik. Sadəcə bizim fiziki problemlərimiz var. İstirahətimiz olmadan oyunlara çıxırıq. Onlar bir oyun dincəlmişdi, biz isə yox. Bu təsir etdi.

– Bu oyunla “Qarabağ”ı məğlub etmək olarmı?

Yox, yox, onlarla oyunda qol vurmaq lazımdı. “Qarabağ”la bizi olduqca çətin oyun gözləyir. Ancaq hələ ki, vaxtımız çoxdur. Finala kimi öz üzərimizdə işləyəcəyik.

– Səncə, oyunun ədalətli nəticəsi necə olmalı idi?

Mən öncədən də dedim. Onlar bu gün qələbəyə layiq oynadılar. İkinci hissə çox yaxşı oynadılar.Şanlsarı da çox oldu…

– Bazar günü “Qarabağ”la çempionat matçında üz-üzə gələcəksiniz. Bu oyunla bağlı nə deyərdin?

Finalı da fikirləşirik. Gərək fikirləşək ki, ayın 3-də final oynayacağıq. Məşqçi ilə də söhbət edəcəyik. Nəyisə dəyişmək lazımdı.  “Qarabağ”la çempionat matçında da “İnter”lə aramızdakı xal fərqini azaltmağa çalışacağıq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43