İdman

Erməni idmançını peşman etdi, əsgər salamı verdi

Türkiyənin Samsun şəhərində davam edən “Rio-2016” Olimpiya Oyunlarına lisenziya xarakterli boks turnirində Azərbaycan idmançılarının uğurlu çıxışı davam edir. 

İdmanxeber.com-un məlumatına görə, 56 kq çəki dərəcəsində ölkəmizi təmsil edən dünya çempionumuz Cavid Çələbiyev yarımfinal görüşündə Ermənistan boksçusu Aram Avaqyanla qarşılaşıb.

Rəqibini tam üstünlüklə, 30:25 hesabı ilə məğlub edən Çələbiyev finala yüksəlməklə yanaşı, yayda Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Olimpiya Oyunlarına lisenziyanı da təmin edib.

Görüşdən sonra açıqlama verən dünya çempionumuz erməni boksçu üzərində qazandığı qələbəni işğal olunmuş torpaqlarımız uğrunda canlarından keçən qəhrəman Azərbaycan oğullarının əziz xatirəsinə həsr etdiyini bildirib:

“Erməni üzərində qazandığım vacib qələbəyə görə çox sevincliyəm. Uğurumu şəhidlərimizin əziz xatirəsinə həsr edirəm. Bildirmək istəyirəm ki, hər birimiz vətənimiz uğrunda canımızdan keçməyə hər an hazırıq. Ali Baş Komandanın əmrini gözləyirik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43