Dünya futbolu

“Fənərbağça”da növbəti ciddi itki

Türkiyənin “Fənərbağça” klubu növbəti ciddi itki ilə üzləşib.

İdmanxeber.az-ın məlumatına görə, “sarı-lacivərd”lilərin heyətində Sadık Çiftpınar ötən gün “Sivasspor”la oyunda zədə alıb. Zədəsi ciddi olan futbolçunun ən azı 2 ay yaşıl meydanlardan kənar qalacağı açıqlanıb.

Qeyd edək ki, “Fənər”də bundan öncə Hasan Ali Kaldırım və Miha Zajc zədələnmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43