”Fənərbağça”nın forvardı Edin Cekoya Səudiyyə Ərəbustanından təklif gəlib.
İdmanxeber.az-ın məlumatına görə, “Əl-Hilal” bosniya herseqovinalı hücumçuya illik 11 milyon avro təklif edib. Ceko bu təklifə müsbət yanaşıb.
O, karyerasını bitirmədən öncə bu təklifi dəyərləndirmək istəyir.
Xatırladaq ki, Cekonun “Fənərbağça”yla 2025-ci ilin yayına qədər müqaviləsi var.