”Liverpul” və “Mançester Siti” Yohan Bakayokonu heyətinə qatmaq istəyir.
İdmanxeber.az-ın məlumatına görə, 20 yaşlı vinger iki klubunda yayda əsas transfer hədəflərindən biridir.
Bakayoko 2019-cu ildən PSV-də çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 40 oyunda 8 qol vurub və 13 məhsuldar ötürmə edib.
Transfermarkt portalına görə gənc oyunçunun transfer dəyəri 40 milyon avrodur.