Kateqoriyasız

Fərid 90 dəqiqə oynadı, “Slaviya”dan heç-heçə


FutbolPress


Çexiya Gənclər Liqasında pley-off mərhələsində ikinci turunun oyunları keçirilib.

Azərbaycan U-21 millisinin üzvü Nəbiyevin formasını geyindiyi “Slaviya” komandası doğma meydandanın “Fastav Zlin”i qəbul edib.

Qarşılaşma bərabərliklə başa çatıb. Hər iki komandanın səylərinə baxmayaraq, görüşdə hesab açılmayıb. Ötən tur “Teplitse” ilə qarşılaşmada 3 qol vuran milli komandamızın üzvü bu görüşdə 90 dəqiqə mübarizə aparıb. Gənc futbolçu komandasının ən yaxşılarından olub.

Fərid Nəbiyev bu mövsüm “Slaviya”nın heyətində 15 qol vurub. O, Çexiya Gənclər Liqasının bombardiridi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43