Dünya futbolu

Fərid Nəbiyev Çexiyada dubl etdi

Çexiya Gənclər Liqasında 12-ci turun görüşləri keçirilib.

Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya”nın 21 yaşadək futbolçulardan ibarət komandası səfərdə “Viktoriya” ilə qarşılaşıb. Görüş 3:3 hesabı ilə başa çatıb.

U-21 millimizin də üzvü olan F.Nəbiyev bu görüşdə iki qol vuraraq dubla imza atıb. O, görüşün 14-cü və 21-dəqiqələrində fərqlənərək cari mövsümdəki qollarının sayını 8-ə çatdırıb

Xatırladaq ki, Fərid 8-ci turun “Çeske” ilə oyununda (4:4) da dubl etmişdi.

Qeyd edək ki, Nəbiyevin komandası hazırda 11 xalla 11-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43