Milli komanda

Farer adalarının baş məşqçisi: “Azərbaycana qalib gələcəyik”

Rəqib baş məşqçi oyun barəsində iddialı danışıb.

UEFA Millətlər Liqasında sabah Azərbaycanla qarşılaşacaq Farer adalarının baş məşqçisi Lars Olsen ölkə mətbuatına açıqlama verib. O, sabahkı matçda qalib gələcəklərini bildirirb:

“Maltanı 3:1 hesabı ilə məğlub etməklə ev oyunlarında yaxşı mübarizə apardığımızı gördük. Sabah Azərbaycana qarşı da doğma meydanda mübarizə aparacayıq. İnanıram ki, onlara qalib gələcəyik. Rəqibin səviyyəli futbolçuları olsa da,  oyunçularım bu oyuna istər fiziki, istərsə də psixoloji  olaraq yaxşı hazırlaşıb”.

Qeyd edək ki, Farer adaları – Azərbaycan matçı sabah Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43