Kateqoriyasız

Fariz Məmmədov dünya çempionu oldu – nakautla

Azərbaycanın boksçusu Fariz Məmmədov ölkənin peşəkar boks tarixində ilk dəfə olaraq WBF (World Boxing Federation) və WBCA versiyalarında dünya çempionluğu uğrunda döyüşə çıxıb.

İdmanxeber.com-un məlumatına görə, rəqib Uqanda təmsilçisi Badru Lusambia olub.

Boksçumuz bu döyüşdə inamlı qələbə qazanıb. Məmmədov 8-ci raundda rəqibini nakauta salaraq WBF (World Boxing Federation) və WBCA versiyaları üzrə dünya çempionu olub.

Qeyd edək ki, bu döyüşlə də Fariz Məmmədov karyerasını başa vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43