Kateqoriyasız

Fariz Məmmədov media nümayəndələri ilə görüşəcək

“Qəbələ” klubunun boksçusu Fariz Məmmədov sabah – aprelin 23-ü növbəti döyüş öncəsi media üçün açıq məşqə çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, məşqdən öncə boksçu jurnalistlərin suallarını cavablandıracaq.

İdmançının media üçün açıq məşqi Qafqaz Park Otelin idman zalında saat 11:45-də start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43