Kateqoriyasız

Prezident vədi: “Əmin olun ki, “İnter” dağılmayacaq”

"Mövcud vəziyyətlə bağlı dəqiq nəsə deyə bilmərəm. Lakin narahat olmağa dəyməz. "İnter" fəaliyyətini davam etdirəcək, yenə iddialı olacaq. Biz sıradan komanda olmayacağıq. Əvvəl necə olmuşuqsa, gələcəkdə də elə olacaq. Bizim taleyimizlə maraqlandığınızçün hamınıza təşəkkür edirəm. Həm futbol ictimaiyyətinə, həm də azarkeşlərə "rahat olun" deyirəm. Əmin olun ki, "İnter" dağılmayacaq".

İdmanxeber.com-un məlumatına görə, bu sözləri "İnter"in prezidenti Giorgi Nikolov deyib.

Nikolov klub rəhbərliyində dəyişikliyin gözlənilmədiyini vurğulayıb:

"Cahangir Hacıyev öz vəzifəsindədi. Mən də postumdayam. Rəhbərlikdə dəyişiklik gözlənilmir".

Daha sonra o, "İnter Arena"nı heç kimə vermək fikrində olmadıqlarını bildirərək, Kaxaber Sxadadzenin gedişindən sonra komandanın "sükanı arxası"na Slavço Georgiyevskinin gətiriləcəyi haqda yayılan məlumatlara münasibət bildirib:

"Bu arena klubun şəxsi mülküdü. Buranı heç kimə vermək fikrimiz yoxdu. Baza və stadiona kifayət qədər vəsait xərcləmişik. Klub stadiondan xeyir götürür və gələcəkdə də belə davam edəcək.

Slovaçko təhsil almalıdı. Onun hazırda baş məşqçi olması mümkün deyil. Həm də onun təcrübəsi yoxdu. Bəlkə də 2-3 ildən sonra Georgiyevski “İnter”in yeni baş məşqçisi olacaq. Hazırda isə hər şey yeni təsdiqlənəcək büdcəmizdən asılıdı. Yalnız bundan sonra yeni baş məşqçinin adı açıqlanacaq".

futbolxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43