Ölkə futbolu

Fariz Nəcəfov püşkü dəyərləndirdi: “Əsas olan oyun günü gücümüzü göstərməkdir”

"Qəbələ" klubu Avropa Liqasının pley-off mərhələsində Sloveniyanın "Maribor" klubu ilə qarşılaşacaq.

Klubun vitse-prezidenti Fariz Nəcəfov idmanxeber.com-a açıqlamasında püşkü dəyərləndirib:

"Rəqibimiz kifayət qədər köklü komandadır. Lakin bizim oyun üslubumuz var. Biz öz oyunumuza köklənməliyik. Doğrusu, “Maribor”un oyununu görməmişəm, amma mütəxəssislər bildirirlər ki, Sloveniya təmsilçisi güclü komandadır. “Lill”i bu komandayla müqayisə etmək istəməzdim, çünki onlar da iddialı idilər.  Əsas olan oyun günü gücümüzü göstərməkdir. İlk oyunumuzun evdə və ya səfərdə baş tutmasının elə bir fərqi yoxdur. Komandaya inanıram. “Qarabağ”ın da matçının səfərdə olması səbəbiylə ola bilsin ki, ilk oyunumuzu evdə oynayaq. Hələ ki, bunun bağlı dəqiq məlumat yoxdur". 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43