Dünya futbolu

“Qalatasaray” Fatih Terimlə olan müqaviləsini artırdı

“Aslan” Terimi buraxmır

“Qalatasaray” klubu baş məşqçi Fatih Terimlə olan müqaviləsini daha 2 il uzadıb. Bunun bağlı klub prezidenti Mustafa Çengiz açıqlama verib. O, baş məşqçi ilə çalışmaqdan məmnun olduqlarını bildirib:

“Fatih Terimlə 2019-cu ilin iyun ayına kimi müqaviləmiz var idi. Ancaq onunla danışaraq bu müqaviləni 2021-ci ilin may ayına qədər artırdıq. Mənim də prezidentlik müddətim o vaxtda bitəcək. Mən burada olduğum müddətcə Fatih Terimlə çalışmağa davam edəcəyik”.

Qeyd edək ki, Fatih Terim ötən mövsümün ikinci dövrəsində 4-cü dəfə yenidən “Qalatasaray”a gəlmiş və klubda 7-ci çempionluğunu yaşamışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43