İdman

Federasiya 3 Türkiyə klubunun xallarını sildi

Türkiyənin bəzi klubları ciddi cəzaya məruz qalıblar.

İdmanxeber.com-un məlumatına görə, Türkiyə Futbol Federasiyası (TFF) ölkənin ən üst üç liqasında yarışan klublara həm milli, həm də beynəlxalq lisenziyaların verilməsi ilə bağlı qərarını açıqlayıb.

Bəzi komandalar qoyulan şərtləri yerinə yetirə bilməyərək beynəlxalq lisenziya almayıblar. Hətta bəzi klublar onlara vaxt qoyulmasına rəğmən şərtlərə əməl emədikləri üçün ciddi cəzaya məruz qalıblar.

Belə ki, TFF 8 klubun – “Balıkesirspor”, “Bucaspor”, “Əskişəhərspor”, “Qaziantepspor”, “Karşıyaka”, “Kocaeli Birlikspor”, “Manisaspor” və “Mersin İdmanyurdu”nun hesabından 3 xal silib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43