Dünya futbolu

Fellaini “Qalatasaray”ın hədəfində

“Qalatasaray” heyətini gücləndirməkdə davam edir.

İdmanxeber.com-un məlumatına görə, İstanbul klubu “Mançester Yunayted”in futbolçusu Maruan Fellainini transfer etməyə yaxındır. Belçika millisinin üzvü ilə ilk razılıq əldə olunduğu bildirilir.

Qeyd edək ki, 29 yaşlı yarımmüdafiəçi ötən mövsüm 47 oyunda 4 qol vurub, iki məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43