İdman

“Fənərbağça” transferini gerçəkləşdirdi – FOTO

“Fənərbağça” baş məşqçi dəyişikliyindən sonra ilk transferini həyata keçirib. 

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən məlumatına görə, “sarı-lacivərdlilər” Cermeyn Lensi heyətə cəlb ediblər.

 

Yeni çalışdırıcı Dik Advokatın istəyi ilə “Sanderlend”lə aparılan danışıqlar müsbət nəticələnib və Lens yenidən sevimli məşqçisinin yanına yollanıb. Razılığa əsasən, Hollandiya millisinin yarımmüdafiəçisi cari mövsümü icarə əsasında “Fənərbağça”da keçirəcək.

 

Qeyd edək ki, Cermeyn Lens keçən ilin yayında “Sanderlend”ə 8 milyon avro qarşılığında Kiyev “Dinamo”sundan keçmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43