Kateqoriyasız

“Fənərbağça” uduzdu, “Qalatasaray” yenə xal itirdi (VİDEOLAR)

Türkiyə Superliqasında 28-ci turun oyunları davam edir.

İdmanxeber.com-un məlumatına görə, ikinci oyun günündə 3 qarşılaşma keçirilib.

“Osmanlıspor” öz meydanında “Əskişəhərspor”la bacarmayıb. “Qalatasaray” isə “Rizəspor”la matçda son saniyələrdə buraxdığı qolla qələbəni əldən verib.

Çempionluqa iddialı “Fənərbağça” isə ardıcıl ikinci oyunda da büdrəyib. “Sarı bülbüllər” “Konyaspor”la səfər matçında məğlub olub.

Türkiyə Superliqası

XXVIII tur

8 aprel

“Qaziantepspor” – “Sivasspor” – 0:1

Qol: Çaheçue, 45+1

9 aprel

“Osmanlıspor” – “Əskişəhərspor” – 0:0

“Qalatasaray” – “Çaykur Rizəspor” – 1:1

Qollar: Əmrə Çolak, 88 – Tuzinski, 90+3

“Konyaspor” – “Fənərbağça” – 2:1

Qollar: Rangelov, 2, Ali Çamdalı, 86 – Fernandao, 41


All Goals HD – Konyaspor 2-1 Fenerbahce – 09-04… by LiG2Fr


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43