Ölkə futbolu

“Fənərbağça” və Türkiyə millisinin sabiq məşqçisi “Bakı” – “Xəzər Lənkəran” oyununda

Hal-hazırda Premyer Liqanın 14-cü turunda "Bakı" doğma meydanda "Xəzər Lənkəran"ı qəbul edir.

İdmanxeber.com-un oyuna ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, oyunu izləyənlər arasında Türkiyə millisinin sabiq baş məşqçisi Oğuz Çətin də var. Onun Azərbaycana niyə gəldiyi məlum deyil. Məşqçi hazırda oyunu "Xəzər Lənkəran" rəsmiləri – Hüseyn Cəbrayıloğlu və Səməd Mustafayev ilə birlikdə izləyir.

Qeyd edək ki, Çətin məşqçi kimi “Fənərbağça”, “Kayseri Erciyesspor”, “Gənclərbirliyi”, “Diyarbakırspor”da çalışıb. Son olaraq, “Boluspor”da çalışmış təcrübəli məşqçi bir müddət Türkiyə millisində köməkçi məşqçi olub.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43