Ölkə futbolu

“Fənərbağça”nın iki futbolçusu “Neftçi”nin badına getdi

Xəbər verdiyimiz kimi dünən Türkiyədə təlim-məşq toplanışı keçirən "Neftçi" klubu yoldaşlıq oyununda "Fənərbağça" ilə qarşılaşdı. Matçda qol səsi çıxmadı.

İdmanxeber.com-un məlumatına görə, matçın gedişatında"Neftçi"nin futbolçularının kobud oynaması nəticəsində "Fənərbağça"nın iki əsas futbolçusu Bruno Alves və Alper Potuk zədələnərək sıradan çıxıb. Onların son durumu barədə məlumat yoxdur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43