Dünyadan

“Fənərbaxça” azarkeşlərinə bir yaxşı, bir pis xəbər

“Fənərbaxça”ya Afrika Kubokundan bir yaxşı bir də pis xəbər gəldi .

İdmanxeber.com-un məlumatına görə, Emenikeli Nigeriya , Cənubi Afrikayla 2-2 bərabərə qalaraq turnirə qatılma haqqını itirdi. “Fənərbaxça”nın digər afrikalısı Musa Sou isə Senegal millisi ilə Tunisi  3-0 hesabı ilə məğlub edərək, 17 Yanvar – 8 Fevral tarixində keçiriləcək olan Afrika Xalqlar Kubokuna qatılmağa haqq qazandı .

Qeyd edək ki, Pier Vebo da Kamerun millisindəki karyerasını başa vurduğu üçün “Fənərbaxça”nın yanvar ayındakı tək problemi Musa Sou olacaq .


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43