Dünyadan

“Fənərbaxça” – “Zorya Luqansk” görüşünün hakimi bəlli olub

UEFA Avropa Liqası çərçivəsində Türkiyə təmsilçisi “Fənərbaxça”nın Ukrayna klubu “Zorya Luqansk” ilə 24 noyabrda oynayacağı A qrupu qarşılaşmasını Avstriya Futbol Federasiyasından Harald Leçner idarə edəcək.

İdmanxeber.com-un məlumatına görə, “Ülkər Stadionu Fənərbaxça Şükrü Saracoğlu İdman Kompleksi”ndə saat 20.00-da başlayacaq görüşdə Andreas Heydenreyk və Maksimilian Kolbits yan xətt hakimləri olacaq. Andreas Staudinqerin dördüncü hakim olacağı müsabiqədə əlavə yardımçı hakimlik vəzifələrini isə Aleksandr Harka və Julian Veynberqer boynuna götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43