Dünya futbolu

“Fənərbaxça”nın gözü “Roma”nın futbolçusunda

“Fənərbaxça”
klubu baş məşqçi Vitor Pereyranın istəyi ilə heyətinə hücumçu qatmağa çalışır.

İdmanxeber.com-un
məlumatına görə, İstanbul klubu məqsədlə artıq ilk addımı atıb. Belə ki, “sarı-lacıvərtlər”
“Roma” ilə Seydu Dumbiyanın icarə əsasında keçidi barədə razılıq əldə edib. Bu
məsələdə yekun qərarı isə kotdivuarlı forvard verəcək. Moskva ÇSKA-nın sabiq
üzvü İstanbula getməyə müsbət yanaşdığı bildirilir.

Qeyd
edək ki, 2015-ci ilin yanvarında Rusiya klubundan “Roma” 14,5 milyon avroya
transfer edilən futbolçu əsas heyətə düşməkdə çətinlik çəkdiyindən yayda “hərbçilər”ə
icarəyə göndərilmişdi. O, ÇSKA forması ilə 6 ayda 19 matçda iştirak 8 dəfə fərqlənib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43