Kateqoriyasız

“Ferentsvaroş” – “Qarabağ” oyununu canlı yayımlayacaq kanallar

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Ferentsvaroş” – “Qarabağ” görüşü canlı yayımlanacaq.

İdmanxeber.az-ın məlumatına görə, qarşılaşmanı olkəmizdə “CBC Sport” kanalı canlı yayımlayacaq. Bundan başqa, Macarıstanın “M4 Sport” telekanalı da sözügedən oyunu canlınolaraq tamaşaçılara nümayiş etdirəcək.

Qeyd edək ki, bu gün Budapeştdəki “Groupama Arena”da oynanılacaq “Ferentsvaroş” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bakıdakı ilk oyunda qalib müəyyənləşməyib – 1:1.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43