Kateqoriyasız

Fernandu Santuş: “Azərbaycan millisi çox yaxşı müdafiə olunmağı bacarır”

DÇ-2022-nin seçmə mərhələsində keçiriləcək Azərbaycan – Portuqaliya oyunu öncəsi mətbuat konfransında pireneylilərin baş məşqçisi Fernandu Santuş fikirlərini bildirdi.

O, bunları söylədi:

“Azərbaycan çox yaxşı müdafiə oluna bilir. Ancaq tək bu deyil. Bəzən onlar topla da yaxşı davranır, hücumlar edirlər. Biz intensiv oynamalı və kreavitlik nümayiş etməliyik. Bəzi oyunlarda Azərbaycan yığması böyük qüvvə ilə topun gerisinə keçirdi. Ancaq bəzi görüşlərdə fərqli çıxış ediblər. Hər iki hala hazırıq.

Ayrı-ayrılıqda rəqibin bütün futbolçularnı analiz etməmişik. Azərbaycan millisinin yaxşı baş məşqçisi var, o, uğurlu keçmişə malikdi. Sabah da Azərbaycan yığması komanda olaraq yaxşı mübarizə aparacaq. Oyundan gözləntimiz budu”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43