Dünyadan

FİFA 2022-ci il DÇ ilə bağlı qərarını verdi

2022-ci ildə Qatarda keçiriləcək Dünya çempionatı ilə bağlı uzun sürən müzakirələr nəhayət ki, başa çatıb. FİFA uzun mübahisələrdən sonra çempionatın noyabr-dekabr aylarında keçirilməsinə rəsmən qərar verib.

Qatarın ev sahibi olduğunun dəqiqləşdiyi vaxtdan indiyədək oyunların nə vaxt keçiriləcəyi müzakirə edilirdi. Buna da səbəb yayda Qatarda həddindən artıq isti olmasıdır.

6 ay davam edən danışıqlardan sonra 3-cü və son iclas bu gün Dohada baş tutub. İclasın sonunda FIFA turniri noyabr-dekabr aylarında keçirilməsinə qərar verib. Beynəlxalq quruma daxil olan bütün 6 konfederasiya bu qərarı dəstəkləyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43