Milli komanda

FİFA açıqladı: Millimiz dünya reytinqində irəlilədi

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, Prosineçkinin rəhbərlik etdiyi millimiz ötən ayla müqayisədə irəliləməyə müvəffəq olub.

Belə ki, ötən ay heç bir oyun keçirməyən millimiz aktivindəki 300 xalla hazırda 112-ci yerdədi.

Qeyd edək ki, siyahıya yenə Belçika millisi başçılıq edir. Argentina ikinci, İspaniya isə üçüncü pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43