Dünya futbolu

FİFA-dan Türkiyə klubuna transfer cəzası

Türkiyənin “Trabzonspor” klubuna FİFA-dan transfer cəzası gəlib. Buna səbəb Qaradəniz təmsilçisinin “Milan” klubundan heyətinə  qatdığı Kuçka və Sosanın ödənişini etməməsidir.

İtaliya klubu yaşanan problemə görə FİFA-ya müraciət etmək məcburiyyətində qalıb. Qurum isə “Trabzonspor”a “Milan”a olan ödəmələrini edənə qədər transfer cəzası verib.

Qeyd edək ki, “Trabzonspor” hər iki oyunçu üçün İtaliya təmsilçisinə 13 milyon TL ödəməlidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43