İdman

FİFA prezidenti İnfantino Bakıya nə üçün gəlir?

FİFA prezidenti Canni İnfantino Azərbaycana səfərə gəlir.

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, səfərdə məqsəd noyabrın 21-də Bakıda keçiriləcək FIFA İcraedici Futbol Sammitində iştirak etməkdir.

Tədbirdə Canni İnfantino ilə yanaşı FİFA-nın baş katibi Fatma Samoura, Azərbaycana yaxın regionda yerləşən ölkələrin futbol federasiyalarının, həmçinin FİFA üzvü olan müxtəlif konfederasiyaların tərkibindəki milli assosiasiyaların rəhbər şəxsləri iştirak edəcək. Sammit iştirakçılarının siyahısına Əfqanıstan, Tacikistan, Türkmənistan, Benin, Çad, Cibuti, Özbəkistan, Belarus, Gürcüstan, Qazaxıstan, Latviya, Moldova, Ukrayna və Rusiya futbol federasiyaları daxildir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43