Müsahibə

Final döyüşünə çıxacaq idmançımız: “Döyüşə çıxanda prezident tərəfə baxmadım ki…” (MÜSAHİBƏ)

Bu gün 68 kq-da final matçına çıxacaq taekvondoçumuz Ayxan Tağızadə az öncə başa çatan yarımfinal döyüşü ilə bağlı idmanxeber.com-a müsahibə verib:

– Daha çox əks-hücumlarda oynayırıdn. Rəqibin hüdürboy olmasına görə bu taktikanı seçmişdin, yoxsa…?

Yox, mən hücuma getsəydim o, mənim başıma vuracaqdı. Keçən ay dünya çempionatında onunla (red-rusiyalı idmançı Denisenkonu nəzərdə tutur) döyüşmüşdüm və qalib gəlmişdim. Onun necə döyüşəcəyi bəlli idi. Həm də vətənimdə çıxış ediridm deyə həyəcan da var idi.

– Sona yaxın rəqibə çox xal verdin. Qorxmadın ki, qələbə əldən gedər?

Sona yaxın hücum etməyə məcbur idi. Əlindən gələni edirdi ki, son saniyələrdə xallar qazansın. Ancaq mən də diqqətli olmağa çalışdım.

– Ümumi oyunu müdafiədə keçirdin. Bu sənin öz taktikan idi, yoxsa məşqçi belə tapşırmışdı?

Müəllimim belə tapşırmışdı. (gülür)

– Artıq finaldasan. Rəqibin isə hələ məlum deyil. Robak (Polşa) – Arvetti (Moldova) cütünün qalibi ilə qarşılaşacaqsan. Sən hansı rəqibi istəyərdin?

Mənim üçün fərqi yoxdu. Allah hansını məsləhət bilirsə, elə də olacaq.

– Zalda prezident İlham Əliyevi görəndə nə düşündün?

Birinci içəridə oturmuşdum, döyüşlərə televizordan baxırdım. Baxdım ki, prezident gəldi, çox həyəcanlandım.Döyüşə çıxanda da prezident tərəfə baxmadım ki, daha da həyəcanlanmayım.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43